Bakıda 8 otaqlı evdə yanğın olub


Digərləri 16 İyl 2018 07:21:00 264 0

Bakıda 8 otaqlı evdə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin Xəzər rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.