Evdə qatıq çalmağın


Digərləri 16 İyl 2018 05:30:00 276 0

Evdə qatıq çalmağın

Xüsusilə uşaqların daha çox yeməli olduğu qatıq zəngin qida dəyərləri ilə insan orqanizminə çox faydalıdır. Tərkibində olan protein, kalsium, fosfor, potasium və fol turşusu uşaqların fiziki və zehni inkişafına olduqca təsirlidir. Ancaq qatığın bu özəlliklərindən faydalana bilmək üçün diqqət ediləcək ən önəmli nöqtə onun necə hazırlanmasıdır. Son.az ailem.az-a istinadən evdə qatıq çalmağın asan üsulunu göstərir.

Lazım olanlar:

1 litr süd

2 xörək qaşığı qatıq

Hazırlanması:

Südü nazik tüllə süzərək qazana tökün və qaynadın. Qaynayan südü ocaqdan götürməzdən qabaq 1-2 dəqiqə qarışdıraraq qaynatmağa davam edin.

Mayalanacaq südün istiliyinin 45 dərəcə olması lazımdır. Südün istiliyini ölçərək hazırlasanız, əla nəticə əldə edəcəksiniz. Ölçən cihazınız yoxdursa, südə barmağınızı batırıb 7-yə qədər sayın, əgər barmağınız istiliyə dayanırsa, deməli, süd mayalanmağa hazırdır.