Bu qidalar sizi xərçəngdən qoruyacaq


Digərləri 16 İyl 2018 03:30:00 278 0

Bu qidalar sizi xərçəngdən qoruyacaq

Hazırda dünyada ən təhlükəli xəstəliklərdən birincisi xərçəngdir. Hətta əvvəlki illərə nisbətən yaşlı əhali arasında xərçəngə daha çox rast gəlinirdisə, son zamanlar bu yaş getdikcə cavanlaşır və uşaqlar arasında da sürətlə yayılır. Xəstəliyin səbəbləri isə müxtəlifdir. Həmin səbəblər arasında düzgün qidalanmamaq da var. Halbuki düzgün qidalanmaqla xərçəngdən qorunmaq mümkündür. Son.az ailem.az-a istinadən xərçəngdən qoruyan qidalar barədə məlumat verir.

Göbələk, yulaf və taxıl məhsulları

Sadalanan məhsullar xolesterolun düşməsinə və arıqlamağa yardımçı olur. Bundan əlavə yoğun bağırsaq və mədə xərçənglərindən qorunmaqda təsirlidir. Yulafın həftədə 2-3 dəfə müxtəlif meyvələr və qatıqla istifadəsi həm immunitet sistemini, həm də həzm sistemini dəstəkləməyə kömək olur.

Qırmızı, bənövşəyi rəngli meyvələr

Böyürtkən, qarağat, qara üzümün çəyirdəyi, qara gavalı kimi tünd bənövşəyi meyvələrin tərkibində olan maddələr hüceyrələrin yaşam müddətini uzadır. Gündəlik meyvə istifadəsinin 1-2 porsiyasının bu meyvələrə ayrılması həmçinin ürək və damar xəstəlikləri ilə qaraciyər, öd yolları, döş, bağırsaq kimi xərçəng növlərinə qarşı riski minimuma endirir.

Sarıkök xərçəngdən qoruyur

Sarıkök yaxşı bir iltihab aparıcıdır. Bu özəlliyi ilə xərçəngə qarşı qoruyucu olduğu düşünülür. Toz və ya təzə halı ilə gündəlik qidalanmaya əlavə edilə bilər. Pomidor, qarpız və ərik prostat xərçəngindən qoruyur. Bu qırmızı və narıncı meyvə-tərəvəzin tərkibindəki likopen qüvvətli bir antioksidantdır. Prostat və uşaqlıq yolu xərçənginə qarşı qoruyucudur.

Süd və süd məhsulları