Yol qəzasında 1 nəfər xəsarət alıb


Digərləri 15 İyl 2018 22:35:00 221 0

Yol qəzasında 1 nəfər xəsarət alıb

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Jiquli" markalı avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətlər alan Sarvan kənd sakini, 1979-cu il təvəllüdlü Əliyeva Samirə İmran qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır