Sızanaqları sağaldan meyvə MASKALARI


Digərləri 15 İyl 2018 22:04:00 302 0

Sızanaqları sağaldan meyvə MASKALARI

Meyvələr dərini canlandırır və pilinq təsiri yaradır. Meyvəli maskalar problemli dərilərə fayda verir. Zəngin tərkibli və qidalandırıcı meyvələr solğun, həssas, yıpranmış dərinin düzəlməsinə təsir göstərir. Son.az ailem.az-a istinadən faydalı meyvə maskalarını təqdim edir.

Limonlu maska

Meyvə maskaları içərisində ən sürətli təsir göstərəni limonlu maskadır. 3 xörək qaşığı limon suyu və 2 xörək qaşığı balı qaba töküb, yaxşıca qarışdırın. Sonra sızanağın olduğu yerə vurun. 15 dəqiqə saxladığınız maskanı ilıq su ilə dərinizdən yuyun. Bir həftə ara ilə hər gün tətbiq edə bilərsiniz.

Çiyələk maskası

Yağlı bir dəriniz varsa, sızanaqlardan qurtulmanız bir az daha çətin olur. Çiyələk dəridə pilinq təsirinə sahibdir. Çiyələkli sızanaq maskası üçün 6-7 orta boy çiyələk və 2 xörək qaşığı qatıq istifadə edilir. Çiyələkləri təmizləyib qabda əzin və ona qatığı töküb qarışdırın. Qarışımı təmiz dəriyə əlinizlə vurun. Maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin.

Ərikli maska