Qadınlar nə üçün yaşa dolduqca gözəlləşir?


Digərləri 15 İyl 2018 20:42:00 409 0

Qadınlar nə üçün yaşa dolduqca gözəlləşir?

Gözəllik yaşamağı bilənlərə nəsib olur...

Bir neçə il əvvəl britaniyalı sosioloqlar qadınlar və kişilər arasında "Qadın gözəlliyini nə təşkil edir?" sorğusunu aparıb. Təəccüb edəcəksiniz, lakin kişilərin 70% -i bildirib ki, qadında diqqət etdikləri əsas özəllik özünə əminlikdir. Məhz bu keyfiyyət qadını arzuolunan edir. Razılaşın ki, özünə inam yaşla gəlir.

Son.az bu yazıda oxucuları "Qadınlar niyə yaşlaşdıqca gözəlləşir?" sualının cavabları ilə tanış edir.

Özünə inam o deməkdir ki, kompleksləri unudursan, zahiri görkəmindəki qüsurlara görə saatlarla vanna otağında gözlərin qızarana qədər ağlamırsan. Özünü olduğun kimi qəbul edəndə nəhayət ki, daxili rahatlığa qovuşursan.

Bu, hələ hamısı deyil. Kişilərin 47 faizi bildirib ki, qadınlarda zövq duyumunu yüksək qiymətləndirirlər. Onlar qadınlarda birinci məhz buna diqqət edirlər. Bəs zövq duyumu qadında nə zaman formalaşır?

Cavab sadədir: Hansı şalvarın və ya rəngin bizə daha çox yaraşdığını, hansı fasonların bizi daha zərif göstərdiyini, hansı aksessuarların gözəlliyimizi vurğuladığı biləndə və s. Doğrudur, zövq duyumu və geyim üslubu bizdə yaşımız artdıqca formalaşır. Siz bu fikirlə razı olmaya bilərsiniz. Amma bir çoxlarının bəyənmədiyi gənclik fotolarını gizlətməyə çalışdığını yada salmaq kifayətdir ki, bu məlumatın dəqiqliyinə şübhə yeri qalmasın.

Əslində, bu, təbii haldır. Dəbin nə olduğunu təzəcə anlamağa başlayan qızlar istəyir ki, bütün trendlərlə ayaqlaşsın. Nəticədə bu gün bizə gülməli gələn obrazlar şəkillərdə xatirə kimi qalır.

Qadınlar yaşlaşdıqca gözəl olur. Və burada təəccüblü heç nə yoxdur. Məktəb şəkillərinizi gizlətməyin, əksinə xronologiya üzrə özünüzü indiki və əvvəlki halınızla müqayisə edin. Etiraf edin ki, onlara gülmədən baxmaq olmur.

Ola bilsin ki, tələbəlik illərində seçdiyiniz hansısa saç düzümü sizi çirkin göstərsin. Amma bu gün həmin şəkillərdə özünüzə gülün. Çünki köhnə fotolara gülmək bacarığı onu göstərir ki, indi özünüzə daha çox əminsiniz.

Qadına gözəllik ilk doğuşdan sonra gəlir

Doğuşdan sonra qadın daxilən işıqlanır, üzünə nur gəlir. Bunu izah etmək çətindir, lakin qadınlar sirri yalnız onlara məlum olan gizli güc hiss etməyə başlayır. Bu, qadın gözəlliyini valehedici edir. Adətən, belə qadınların arxasınca dəqiqələrlə baxırlar. Və əgər siz hələ ana olmamasınızsa, deməli, hər şey qarşıdadır. Siz də bunu yaşayacaqsınız.

Gözəllik güclü məyusluqdan sonra gəlir

Təəccüblənəcəksiniz? Amma araşdırmalar göstərir ki, qadınlar aldığı ağır travmalardan və sarsıntılardan sonra dərin düşüncəli olur. Onları bundan sonra sındırmaq, xəyal qırıqlığına uğratmaq mümkün deyil. Onlar daha məktəbli qızlar kimi axmaq hərəkətlərə yol verməyəcəklər. Onlar əvvəlki kimi infantil (onun üçün hər şeyi valideynlərinin görməsinə öyrəşən böyük uşaq deməkdir) olmayacaqlar, hansı ki, bu xüsusiyyət qadınları kişilərdən itələyir. Razılaşın ki, uşaq kimi qadınlar səfeh görünür. Təcrübəli qadınlar isə həmişə müəmmalı təsir bağışlayır. O, anlamaq istəyir.