Kişi kimi sevib ayrıl...


Digərləri 15 İyl 2018 19:24:00 286 0

Kişi kimi sevib ayrıl...

Ayrılıq qapını döyübsə... Gözəl bir qıza vurulub, tanış olursan. Sonra da onunla ünsiyyət qurub, görüşürsən. Nəyisə öyrənməyə, nəyisə kəşf etməyə çalışırsan. Ya da elə-belə, sadəcə, vaxtını "öldürürsən". Hər halda utanılacaq bir şey yoxdur. Əsas məsələ kimi və necə sevməkdə deyil, əsas problem sevdiyindən yorulanda ayrılmağı bacarmaqdır.

Ayrılmağın 100 üsulu olsa da nəticəsi birdir: qəlb qırılır, hisslər tapdalanır, insan ruhdan düşür və s.

Son.az axşam.az-a istinadən bildirir ki, sraşdırmalara görə, son dövrlərdə ayrılıqla nəticələnən ən aktual səbəblər bunlardır:

Qısqanclıq Gələcək barədə fikirlərin üst-üstə düşməməsi Ailələrin narazılığı və gənclərin seçimini qəbul etməmələri Başqa biri ilə tanış olub, onu sevmək Yad insanların təsiri, aravuranlıq Birgəliyə səbəb olan amilin sona çatması. Məsələn: orta məktəb və ya tələbəlik həyatının bitməsi, yaşayış yerinin dəyişməsi, əsgər getmək və s.

Böyük bir səbəb olmadan baş verən ayrılığın bir açması var: bir zamanlar dərdindən öldüyün qız gözündən yavaş-yavaş düşür. O, adiləşib və ya həmin çılğınlıq keçib gedib. Yükə çevrilmiş "məcburi tanışlıq və ya sevgi"dən qurtulmağa can atan kişilər sonda 2 yolu seçirlər: ya xoşluqla, ya da zorla, pisliklə ayrılmaq. Onsuz da hər iki halda qızın gözündən düşürsən. 3 yoldan birini seç.

Diqqət: aşağıda verilmiş üsul və qaydalar yalnız bir halda keçərlidir: sən hisslərində, seçimində və qərarında qətisən. Bir sözlə, ayrılıb, sonradan peşman olmayacağına əmin deyilsənsə, o zaman səbrli ol və daha 2-3 ay gözlə!

Ayrılmaq üçün bilərəkdən düşünülmüş, düzgün olmayan üsullar. Beləliklə sən...

Səbəbsiz yerə qızın hərəkətlərində, xarici görünüşündə qüsurlar axtarıb, hər dəqiqə bunu onun "üzünə vur", ona başqa qızları nümunə göstər. "Bu nə paltardı geymisən?", "Bu nə ayaqqabıdır almısan?", "Saçının rəngi xoşuma gəlmir" və s.

Onun hər sözünə bir "mız" qoyub, fikirləri ilə razılaşma. Hər dəfə haqsız olduğunu sübut etməyə çalış. 

Ən sadə variant: qızın qarşısında ağlagəlməz tələblər qoymaqdır. Məsələn: "daha qısa ətək və ya şalvar geyinmə", "Saçlarını uzat", "hündürdaban ayaqqabı geyinmə", "kosmetikadan istifadə etmə". Qızı qorxudan ən dəhşətli tələb: "Evlənəndən sonra işləmək və yaxud oxumaq yoxdur". Ola bilər, bizim qızların bir qismi ailə qurmaq xatirinə bu tələblərə sözsüz razı olsunlar. Amma əksər halda belə olmur.

Onu yerli-yersiz qısqanmağa başla. Hansısa hərəkəti güclə boynuna qoy. Məsələn: yol gedərkən qıza "o kim idi, sənə baxırdı?" deyə soruş. Halbuki, qız tərəfə heç kim baxmamışdı. Və qısqanclıq səhnələri uydur. Bəlkə bu yolla qızı özündən çıxarıb, ayrılıq üçün bəhanə əldə edəsən.

Onu ötürməyə söz verib, getmə. Axşamlar zəng vurma. Özünü tez-tez huşsuz kimi göstər. İstirahət günləri planlaşdırdığınız görüşü boş səbəblər ucbatından təxirə sal. "Dostlarıma söz vermişəm" və yaxud "Ailəmlə bağlı işlərim var" bəhanəsini uydur.

Ad günü, bayram və xüsusi günlərdə təbrik etməyi unut. Hədiyyədən söz düşəndə isə hələ də seçim qarşısında qaldığını bildir. Tanış olduğunuz günü isə tamamilə yaddan çıxart.