Şirvanda 2 avtomobil toqquşdu


Digərləri 15 İyl 2018 17:20:00 214 0

Şirvanda 2 avtomobil toqquşdu

Şirvanda baş verən qəza zamanı sərnişin xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə günorta saatlarında Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Sürətlə hərəkətdə olan "BMW" markalı "10 RP 735" dövlət nömrə nişanlı avtomobillə "Opel" markalı "24 BF 081" dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil yoldan çıxaraq aşıb. Yaşıllıq zolağına  çırpılan avtomobillər 4 ədəd çoxillik şam ağacını kökündən çıxarıb. Şəhərin yaşıllıq təsərrüfatına ciddi ziyan dəyib. Dəyən ziyan hesablanır.