Rusiyada yaddaşını itirmiş şəkili Asim Məhərrəmovun yaxınlarını axtarırlar


Digərləri 15 İyl 2018 11:03:00 285 0

Rusiyada yaddaşını itirmiş şəkili Asim Məhərrəmovun yaxınlarını axtarırlar

Rusiyanın Moskva vilayətindən olan könüllülər Azərbaycanın Şəki rayonunun sakini olmuş Asim Məhərrəmov adlı yaşlı kişinin yaxınlarını axtarırlar.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Məhərrəmov Asim Qasım oğlu ilə Moskvadan olan könüllü bu ilin fevralında Samara-Moskva qatarında rastlaşıb. Məlum olub ki, 74 yaşlı Asimi qatara Azərbaycanın Moskvadakı səfirliyinə getmək və itmiş sənədlərini bərpa etmək üçün oturdublar. Ona qatara bilet almağa polislər kömək edib. Asim Məhərrəmov Samara vilayətinin Sızran şəhərində yaşayıb.

Moskvadan olan könüllü yaşlı azərbaycanlıya kömək etməyi qərara alıb. Onlar birlikdə Azərbaycanın Moskvadakı səfirliyinə gediblər. Lakin Asim yaddaşında yaranmış problemə görə özü barədə kifayət qədər informasiya verə blməyib. Ona görə də səfirlikdə yaşlı kişidən xahiş ediblər ki, şəxsiyyətini təsdiq edən hansısa sənədi tapıb təqdim eləsin. Hazırda Asim Moskva vilayətində yaşlılar üçün ödənişli pansionatda yaşayır. Fiziki baxımdan heydən düşmüş vəziyyətdədir.