“Əllini aşırdım, 100ə necə çatım bəs?” 60 yaşın astanasında olanlar üçün


Digərləri 14 İyl 2018 23:55:00 302 0

“Əllini aşırdım, 100ə necə çatım bəs?”  60 yaşın astanasında olanlar üçün

İstər qadın, istərsə də kişi, 60 yaşını tamamlayan şəxslərin diqqət etməli olduğu bir çox məqamlar var.

Son.az medicina.az-a istinadən bildirir ki, bundan sonrakı yaş dövrü əvvəlkilərə nisbətən daha risklidir. Çünki orqanizm 60 min km yol qət etmiş, ruh isə təcrübələrlə gəncləşmiş birinə bənzəyir.

Qısası, bədənə də, ruha da yeni bir proqram lazımdır. Bəs nə etməli? Ediləcək çox şey var, amma Medicina.az 60 yaşlı şəxslərin başlıca 10 hədəfini təqdim edir:

• Daha az, amma sağlam yeyin. Çünki yaş 50-ni keçdikdən sonra, can boğazdan gəlmir, əksinə, boğazdan çıxır. Çox deyil, az yeyənlər uzun yaşayır.

• Zeytun yağına üstünlük verin. Bu tövsiyəni həddən çox zeytun yağı istehlak edə biləcəyiniz mənasında başa düşməyin.

Etməli olduğunuz şey budur: Gündəlik yağ ehtiyacınızın üçdə ikisini deyil, dörddə üçünü zeytun yağı ilə ödəməyi özünüz üçün dəyişməz qayda olaraq qoyun, geri qalanını isə kərə yağı ilə ödəyin.

• Şir deyil, quzu olun. 50-dən sonrakı sağlam ömür sirlərindən biri də budur: heyvan mənşəli qidalar azaldılmalıdır, minimuma endirilməlidir. Bitki mənşəli qidalara - meyvə-tərəvəzə üstünlük verilməlidir.

Qısası, "50 yaşa qədər gənc aslan, 50-dən sonra isə aktiv quzu" prinsipini işə salın.

• Su için. Su ehtiyacının bir hissəsini çayla, tərəvəz şirəsiylə, şorbalarla da ödəyə bilərsiniz. Amma dəyişməz olan qayda budur: Sidiyin rəngi mütləq açıq sarı, hətta su qədər şəffaf hala gəlməlidir və elə də qalmalıdır.

• Şəkər və unla münasibətinizi kəsin. Şəkər ehtiyacınızı mümkündürsə, sadəcə meyvələrlə ödəyin. Şirniyyatdan uzaq durun. Şirniyyat yeyəcəksinizsə də, südlü olanlarını seçin.