Təvəkkül edən insan, bu 7 səmərəni əldən verməz


Digərləri 14 İyl 2018 23:45:00 250 0

Təvəkkül edən insan, bu 7 səmərəni əldən verməz

İslam maarifində təvəkkülün xüsusi yeri vardır. Çünki Allah təvəkkül edən insana həm maddi və həm də mənəvi mənfəətlər əta edər, təvəkkül insanı Allaha yaxınlaşdırar.

Son.az deyerler.org-a istinadən bildirir ki, təvəkkülün insana verdiyi səmərə ilə tanış olaq.

1. Təvəkkülün insana gətirdiyi faydalardan biri budur ki, həmin şəxs Allahın məhbubuna çevrilər. "Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir". ("Ali-İmran" 159). Allah sevdiyi bəndəsini heç bir zaman tək qoymaz. Bəla və çətinliklərdə dadına çatar və onu xilas edər. Əgər həqiqətən Allah bəndəsini sevərsə, Allah ona kifayət edər. Həm bu dünyada və həm də axirətdə onu tək qoymaz.

2. İnsanın mətanəti əmələ gələr. Təvəkkül edən insanda mətanət meydana gələr. Çətinliklərə qarşı mübarizə ruhu dirçələr və daha güclü olmağa səy göstərər. Çünki bilir ki, güclü dayağı vardır. Bu sayədə düşməninə qalib gələ bilər.

3. İnsanın işlərini islah edər. O kəs ki, öz ixtiyarını Allaha verər və ancaq Ondan istəyib, ancaq Ona söykənərsə, Allah da gündəlik işlərində yaranan çətinlikləri aradan qaldırmaqda ona yardım edər və yol açar. Allah belə bir insana kəfil olar. Çünki bütün istəklərini kənara qoymuş və Allahın istəyini üstün tutmuşdur.