Sizdə hər şey əsəbdəndir... Ərə get düzələcək... Havadandır..


Digərləri 14 İyl 2018 22:50:00 315 0

Sizdə hər şey əsəbdəndir... Ərə get düzələcək... Havadandır..

Çox vaxt pasiyentlər öz ağrılarından, problemlərindən şikayətlənəndə "Məndə hər şey əsəbdəndir", "Qocalıram ona görə ağrıyıram" kimi təskinlik verici fikirlər işlədir. Azərbaycanda ən çox yayılmış el arası diaqnoz isə " Subaysan, evlən, ərə get düzələcək" misalıdır.

Maraqlısı budur ki, bəzən həkimlər də bu sözləri işlədir. Elə ki, pasiyent buket dolu simptomlarla qəbula gəlir, bir-iki analizdən sonra bir şey tapmayan həkim "Yaşla, əsəblə bağlıdır", ya da "Cinsi həyat normal deyil" kimi səbəblər səsləndirir. Azərbaycanda demək olar ki, çox ixtisas həkimləri xəstəyə baxan kimi nevroz, VSD-vegetativ distoniya - dünya səhiyyəsində belə diaqnoz və təbii ki, müalicəsi yoxdur - diaqnozu qoyub, hər bir şeyi buna bağlayırlar.

Qolun ağrıyır - əsəbdəndir, yata bilmirsən - əsəbdəndir, mədən sancır - əsəbdəndir, gözlərin bulanır - əsəbdəndir... Beləcə sanki pasiyenti də arxayın edib, bir iki dərman yazmaqla yola salırlar.

Son.az medicina.az-a istinadən diaqnozu tapa bilməyən, bu səbəbdən xəstəni başından etmək istəyən həkimləri elə işlətdiyi cümlələrdən tanımağın yollarını təqdim edir. Tibbdə qəbul olunmayan bu ümumi sözləri, diaqnozları səsləndirən həkimlərdən uzaq durun. Aşağıdakı sözləri işlədən həkimdən çıxıb, başqa peşəkar həkim tapıb bir daha yoxlanın:

1. Bu hal sizdə havadandır

Bu "diaqnoz"u fəsil fərqi qoymadan qışda da, yayda da qoyurlar. Deyirlər ki, yayda istidən, qışda da soyuqdan insan halsız, xəstə düşür. Bu, absurd fikirdir. Ola bilər, isti insana pis təsir etsin. Amma konkret nəyə və niyə təsir edir, bunu tapmaq lazımdır. İndi hətta təzyiq problemini də havaya bağlayanlar var.

Hava - insanda olan çatışmazlıqları üzə çıxaran səbəbdir. Xəstəliyin kökü deyil. 40 dərəcə hərarətlə yanına gələn xəstəyə "Havadandır, bu istidə kim dözər" deyən həkim göz görə-görə sizi aldadır.   Ciddi baş ağrıları, təzyiq, halsızlıq - bunları yaradan səbəbləri araşdırmalı, müayinələr təyin olunmalı, yalnız ondan sonra təzyiq dərmanları yazılmalıdır. Xəstə özü istidir, soyuqdur deyə aptekdən istənilən baş ağrı, təzyiq dərmanını içməklə düzəlməyəcək. Xüsusən yuxarı və aşağı təzyiqi olan xəstəni həkim diqqətlə müayinə etməli, müşahidədə saxlamalıdır.   Картинки по запросу anomal isti

2. Hər şey əsəbdəndir, nevroz, vegetativ distoniya

Az qala, hər 10 xəstədən 5-ə bu cümlə deyilir. Düzdür, əsəb, həyəcan, təşviş ümumi orqanizmə mənfi təsir edir, amma bu təsiri də aradan qaldırmaq lazımdır. Əgər müayinələrdə digər orqanik səbəb tapılmayıbsa, xəstə əsəbdən özünü yeyirsə, o zaman onu psixoterapevt, psixoloqa yönəltmək lazımdır. Amma çox zaman iltihab, mikrob, infeksiya, hormonal problemlər də xəstəni əsəbi edə bilər. Hətta ciddi psixi problemləri olanlar belə bəzən fiziki olaraq sağlam və güclü görünürlər, heç yerləri də ağrımır. Bəs necə olur ki, sadəcə əsəbi zəif olan adamın ürəyi, mədəsi, başı ağrıyır? Ola bilər ki, bu insanda qalxanabənzər vəzinin fəaliyyəti, qan dövranı pozulub, ola bilər ki, hansısa mineral, vitamin əksikliyi var. Axı bu çatışmazlıqlar da daş kimi lal adamı özündən çıxara bilir.