Hamımızın istifadə etdiyimiz şirkətlə bağlı şok xəbər yayıldı


Digərləri 14 İyl 2018 22:41:00 272 0

Hamımızın istifadə etdiyimiz şirkətlə bağlı şok xəbər yayıldı

Uşaq pudrası ilə bağlı 9 min şikayətçi məhkəməyə müraciət edib

Dünyaca məşhur olan "Johnson & Johnson" şirkəti inanılmaz məbləğdə cərimə edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 22 qadın şirkətin məhsullarından biri olan uşaq pudrasının yumurtalıq xərçənginin yaranmasına səbəb olduğunu iddia edib. Bu iş məhkəmədə 4.7 milyard dollar təzminat qərarı ilə başa çatıb.

Missuri ştatında baş tutan məhkəmədə öncə şirkətin şikayətçilərə 550 milyon dollar verməli olduğu qərarı qəbul edilib. Daha sonra məhkəmə bu məbləğə 4.1 milyard dollar cəza təzminatı əlavə edib. Uşaq pudrası ilə bağlı 9 min şikayətçiylə çəkişən şirkət qərardan şikayət edəcəyini açıqlayıb.