LosAncelesdə avtobus qəzası: 25 yaralı FOTO


Dünya 14 İyl 2018 21:47:00 244 0

LosAncelesdə avtobus qəzası: 25 yaralı  FOTO

Los-Anceles şosesində (Kaliforniya ştatı) avtobusun aşması nəticəsində 25 sərnişin xəsarət alıb. Bu barədə şəhərin yanğından mühafizə idarəsi məlumat yayıb.

Son.az bildirir ki, qurumun məlumatında avtobusda 32 nəfərin olduğu bildirilir. Qəzanın fəsadlarının qarşısını almaq məqsədilə hadisə yerinə 84 yanğınsöndürən cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır. Hadisənin səbəbi barədə məlumat verilməyib.


Xəbərə aid foto