Qırışlara qarşı təbii maskalar


Digərləri 14 İyl 2018 21:21:00 501 0

Qırışlara qarşı təbii maskalar

Qadınlar daim gözəl və cavan qalmaq istəyir. Bunun üçün təbii maskalara ehtiyac duyulur.

Son.az axşam.az-a istinadən bir neçə tərkibi və hazırlanma qaydasını təqdim edir: Banan maskası Banan qırışlardan qurtulma üçün ən yaxşı vasitədir. Beləliklə bananın yarısını püre halına qədər əzib dairəvi hərəkətərlə alın nahiyəsinə, sonra boyun nahiyəsinə çəkin. Maskanı 20 dəqiqə saxladıqdan sonra onu ilıq su ilə yuyun, sonra sərin su ilə yaxalayın. Kartof və alma ilə hazırlanmış maska Bir orta ölçülü kartof və almanı blenderdə püre halına qədər xırdalayın. Maskanı yarım saat ərzində üz dərinizə çəkin (göz ətrafı sahəyə toxunmayın), sonra sadəcə ilıq su ilə yuyub təmizləyin. Bal və yerkökü ilə maska 1 x.q. balı ¼ ç.q. yerkökü şirəsi ilə qarışdırıb üzünüzə çəkin. Maskanı ilıq su ilə yuyub təmizləyin. Bu maska dərini yumşaldacaq və qırışları azaldacaq. Son.az