Küləkli havada dənizdə çimmək təhlükəlidir VİDEO


Digərləri 14 İyl 2018 21:12:00 277 0

Küləkli havada dənizdə çimmək təhlükəlidir  VİDEO

Son 2 gündə istirahət etmək üçün dənizə gedən 3 nəfər suda boğularaq, dünyasını dəyişib, 14 nəfər isə son anda xilas edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 31 yaşlı Məmmədov Ruslan Namiq oğlu Xəzər rayonunda, 23 yaşlı ŞəmsəddinAslanovvə dostuRuhid Babazadə isə Lənkəranda dənizdə çimərkən, boğularaq dünyasını dəyişib. Boğulma təhlükəsi ilə üzləşən 13 nəfər Novxanı, Mərdəkan, Zağulba, Niyazabad, Türkan, Nardaran və Bilgəhdə, 1 nəfər isə Lənkəranda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.

Son günlər havanın küləkli keçəcəyi ilə bağlı proqnozlar təhlükəni daha bir neçə gün qaçılmaz edir. Çünki problemin əsasən vətəndaşların dənizə dalğalı ikən girmələri ilə əlaqəli olduğu güman edilir. Buna görə də, əksər çimərlik ərazilərinəməlumatverici lövhələr vurulub.

Küləkli günlərdəqadağan olunan ərazilərdə çimərək həyatlarını bilə-bilə təhlükəyə atanlar da az deyil.


Xəbərə aid video