Astarada yol qəzası baş verib, üç nəfər xəsarət alıb


Digərləri 14 İyl 2018 20:17:00 234 0

Astarada yol qəzası baş verib, üç nəfər xəsarət alıb

Astarada yük maşını ilə minik maşını toqquşub, üç nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Lənkəran-Şahağacı yolunun Qamışovka kəndi ərazisində baş verib.

Hunday markalı avtomaşın VAZ 2106 markalı avtomaşınla toqquşması zamanı xəsarət alan üç nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.