Əfqanıstanda sutka ərzində 162 terrorçu məhv edilib


Dünya 14 İyl 2018 20:02:00 261 0

Əfqanıstanda sutka ərzində 162 terrorçu məhv edilib

Əfqanıstanda hərbçilərin və HHQ-nin həyata keçirdiyi əməliyyatlarda sutka ərzində 162 terrorçu məhv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Əfqanıstanın milli müdafiə nazirliyindən bildiriblər.

Məlumata əsasən, Əfqanıstan müdafiə qüvvələri 11 birgə əməliyyat və 19 hava zərbəsi həyata keçirib. Əməliyyatlar Nanqahar, Kunar, Qazni, Paktiya, Uruzqan, Zabul, Kandaqar, Fərəh, Badqis, Faryab, Kunduz, Balx, Badaxşan və Hilmend əyalətlərində keçirilib.