Kürdəmirdə 2 nəfər yaralandı


Digərləri 14 İyl 2018 18:43:00 288 0

Kürdəmirdə 2 nəfər yaralandı

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 20-DR-685 dõvlət qeydiyyat nişanlı "Toyota Land Cruser" markalı minik avtomobili ilə 24-FR-363 dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı minik avtomobili toqquşub. Nəticədə "Toyota"da olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.