Sosial mühəndislik kriptovalyuta mövzusunda fırıldaqçılara milyonlarla dollar qazanmağa imkan verir


Digərləri 14 İyl 2018 09:50:00 284 0

Sosial mühəndislik kriptovalyuta mövzusunda fırıldaqçılara milyonlarla dollar qazanmağa imkan verir

Bu ilin ilk yarısında “Kaspersky Lab”ın həlləri istifadəçilərin saxta onlayn pul kisələri və kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısını alıb.

Bakı. Bu ilin ilk yarısında “Kaspersky Lab”ın həlləri istifadəçilərin saxta onlayn pul kisələri və kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısını alıb. Kibercinayətkarlar rəqəmsal pullar ətrafında yaranan ajiotajdan fəal istifadə edirlər: kriptovalyuta birjalarının sındırılması, smart-müqavilələrdə boşluqların istismarı və fəsadçı maynerlərdən istifadədən fırıldaqçılar sosial mühəndisliyin klassik üsullarına da əl atırlar. Bununla belə, nəinki bazarın köhnə iştirakçıları, həm də bu mövzu ilə yeni maraqlanmağa başlayanlar da onların qurbanlarına çevrilirlər. Cinayətkarların ən populyar hədəflərindən biri – ICO-nun (Initial coin offering – sikkələrin ilkin yerləşdiriləməsi) potensial investorlarıdır. Müəyyən layihənin potensial investorlarının poçt ünvanları haqqında məlumatların kibercinayətkarlar tərəfindən ələ keçirilmə halları da az deyil. Belə hallarda fırıldaqçılar müəyyən vaxt ərzində “pre-ICO”nun startından əvvəl layihənin komandası adından saxta məktublar yollayırlar ki, həmin məktublarda tokenlərin satışına başlanması barədə bildirilir və kriptovalyuta köçürülməsi üçün ünvan qeyd olunur. Eyni zamanda, kibercinayətkarlar ICO layihələrinin rəsmi saytlarını təqlid edən saxta səhifələr yaradıb, elektron poçt, messencerlər, sosial şəbəkələr və iri axtarış sistemlərinin reklam elanları üzərindən onların linklərini paylaşırlar. Məsələn, “OmaseGo” adlı ICO layihəsinin veb-saytını təqlid edən fişinq səhifələrinin yaradılması yolu ilə kibercinayətkarlar 1,1 mln dollardan çox pulun oğurlanmasına nail olublar. Bu günədək cəlb olunmuş vəsaitin ən iri miqdarına görə “Telegram”ın ICO-sudur: onun ətrafında dolaşan şayiələr yüzlərlə saxta internet resurslarının yaranmasına gətirib çıxarıb. Bununla yanaşı, “Kaspersky Lab”ın ekspertləri müəyyən ediblər ki, vəsaitlərin köçürülməsi üçün cinayətkarlar tərəfindən təklif olunan pul kisələlərinin ünvanları fərdi qaydada “Telegram”ın hər bir potensial ICO investoruna uyğun hazırlanırdı, bu da vəsaitlərin hərəkətinin izlənməsini çətinləşdirirdi. Kibercinayətkarlar tərəfindən tətbiq edilən digər üsul isə kriptovalyutada müəyyən məbləğin köçürülməsi təklifidir ki, fırıldaqçılar sonradan köçürülən məbləğdən bir neçə dəfə çoxunu vəd edirlər. İlk tranzaksiyanın elektron pul kisəsinin verifikasiyası bəhanəsilə həyata keçirməyi tələb olunur. Məsələn, cinayətkarlar sosial şəbəkələrdə texnoloji maqnat İlon Mask və “Telegram” messencerinin banisi Pavel Durov kimi tanınmış şəxslərin saxta hesablarını yaradıb, onların adından böyük məbləğin əldə olunması barədə cəlbedici təkliflər dərc edirdilər.