Ötən gün ölkədə cinayətdə şübhəli bilinən 16 nəfər saxlanılıb


Digərləri 14 İyl 2018 09:06:00 251 0

Ötən gün ölkədə cinayətdə şübhəli bilinən 16 nəfər saxlanılıb

Ötən gün ərzində respublika ərazisində daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 9-u "isti izlər"lə açılıb.

Son.az-a DİN-in mətbuat xidmətində verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

"Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda bildirilir.