Şadlıq saraylarında qiymətlər: 250 aznə menyular təklif olunur VİDEO


Digərləri 13 İyl 2018 22:11:00 261 0

Şadlıq saraylarında qiymətlər: 250 aznə menyular təklif olunur  VİDEO

Paytaxtda bahalı xidmət göstərən şadlıq evlərinin sayı artır. Son.az bildirir ki, toy etmək istəyənlərə adambaşına 150 manatdan 250 manata, hətta bundan da baha qiymətə menyular təklif edilir.

Bu isə cəmiyyətdə birmənalı qarşılanmır. Əksər vətəndaşlar bu qiymətlərin həddindən artıq şişirdildiyini düşünürlər. Hətta bəzən bu qiymətlərə görə toylara getməkdən imtina edənlər də olur.

Sosioloq Əhməd Qəşəmoğlu restoranların bu cür bahalı menyular təklif etməsini arzuolunan hesab etmir. Onun sözlərinə görə, bu halın sosioloji baxımdan cəmiyyətə bir sıra mənfi təsirləri ola bilər. Sosioloqun fikirincə, cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri kölgədə qoymamalıdır.

Bəs görəsən, restoranlarda menyuların bu dərəcədə baha olmasının səbəbi nədir? Ümumiyyətlə restoran işlədənlər bahalı menuların səbəbini nə ilə izah edir?