Tikintiyə sərf olunan vəsaitin həcmi açıqlandı


Digərləri 13 İyl 2018 20:22:00 282 0

Tikintiyə sərf olunan vəsaitin həcmi açıqlandı

2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz az vəsait yönəldilib.

Son.az bildirir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu azalma neft sektoruna investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,5 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 72,8 faiz artıb.