NIKOIL | Bank nizamnamə kapitalını 34 mln. manatadək artırdı


Digərləri 13 İyl 2018 18:23:12 309 0

NIKOIL | Bank nizamnamə kapitalını 34 mln. manatadək artırdı

NIKOIL | Bank 2018-ci ilin birinci yarımilliyinə yekun vurur, həmçinin nizamnamə kapitalının 34 mln. manatadək artması barədə bəyan edir.

Bakı. NIKOIL | Bank 2018-ci ilin birinci yarımilliyinə yekun vurur, həmçinin nizamnamə kapitalının 34 mln. manatadək artması barədə bəyan edir. Bankdan Trend-ə verilən məlumata görə, nizamnamə kapitalı artdıqdan sonra bankın ümumi kapitalı 106 mln. təşkil edib, bu isə ümumi kapital üzrə minimal tələbdən 2 dəfə çoxdur. 10% minimal normada NIKOIL | Bank-ın kapitalının adekvatlıq əmsalı 28,3% təşkil edib. 2018-ci ilin 1-ci yarimilliyinin sonuna müştərilərin pul vəsaitləri 2017-ci ilin analoji tarixinə olan göstəricidən 10% artıq olub. 2018-ci ilin 1-ci yarımilliyi üçün xalis əməliyyat gəliri keçən ilin eyni dövrü üzrə olan gəlirdən 30% artıq olub. 2-ci rübün nəticələrinə əsasən bankın ani likvidlik əmsalı 114% təşkil edib.