Demet Akalının əri müflis oldu?


Digərləri 13 İyl 2018 15:15:00 281 0

Demet Akalının əri müflis oldu?

Türkiyəli müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurta aid şirkət məhkəmə qərarı ilə müsadirə olunacaq. 

Son.az axşam.az-a istinadən məlumat verir ki, cütlük bir müddətdir maddi problemlərlə üzləşib.  Xəbərə görə, Demet və Okana aid "Martaş lojistik"in yük maşınları müsadirə olunacaq. Hazırda banklara 100 min türk lirəsinə yaxın borc olduğu deyilir. 1980-ci ildən bəri fəaliyyət göstərən "Martaş lojistik" Türkiyədə xüsusi nüfuza sahibdir və müğənninin qayınatası Abdi Kurt və əri Okan Kurta aiddir.