Xəyanətdə ittiham edilən rəqqasə Fatimə ÖZÜNDƏN ÇIXDI:


Digərləri 13 İyl 2018 14:50:00 333 0

Xəyanətdə ittiham edilən rəqqasə Fatimə ÖZÜNDƏN ÇIXDI:

Müğənni Xatun Əliyevanın Fatimə Fətəliyeva barədə yazdığı statusa haqq qazandıran Nazilə Səfərliyə rəqqasə "Hər şey daxil"in canlı efiri vasitəsi ilə cavab verib.

Son.az xəbər verir ki, Fatimə İnstaqram-da barəsində təhqiramiz şərhlər yazdığı iddia edilən Naziləyə məhkəmədə cavab verəcəyini deyib:

"Mənim salonuma gəlib, getmisiniz. Salonumdan istifadə edəndən sonra, başlamısan məni pisləməyə? Özüdə harada, İnstaqram səhifəsində. Ora mənə salam verir, İnstaqram-da pisləyir. Xınaya görə biz onunla pis olmamışıq. Yaxşı, yazırsınızsa, niyə pozursunuz? Deyib ki, mənim nəslimdə kişi yoxdur. Mənim nəslimdə kişi var. Məhkəmədə o sözlərə görə cavab verəcəksiniz".

Xatırladaq ki, Xatun Fatiməni həyat yoldaşına bağ evində xəyanətdə ittiham edib. Rəqqasə bu iddialara görə qarşı tərəfi məhkəmə ilə hədələyib.


Xəbərə aid fotolar