Şagirdlər üçün tətil günlərində “Yay məktəbi” (FOTO)


Digərləri 13 İyl 2018 14:33:00 267 0

Şagirdlər üçün tətil günlərində “Yay məktəbi” (FOTO)

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə “Yay məktəbi”nə start verilib.

Bakı. Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə “Yay məktəbi”nə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” V və VI siniflər üçün iyul ayında, VII və VIII siniflər üçün isə avqust ayında keçiriləcək. Ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 18 məktəbi əhatə edir.