Azərbaycana poçtla narkotik gətirən musiqiçidən tələb: “Atam dindirilsin”


Digərləri 13 İyl 2018 14:34:00 273 0

Azərbaycana poçtla narkotik gətirən musiqiçidən tələb: “Atam dindirilsin”

Ölkəyə qaçaq yolla narkotik maddə gətirməkdə ittiham edilən musiqiçi Çingiz Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hal şahidləri ifadə verib. Hər iki hal şahidi Ç.Muradov saxlanılan zaman DTX əməkdaşları tərəfindən dəvət edildiklərini bildiriblər. 

"Çingiz Muradovun o zaman saçları uzun idi. Onu poçtdan çıxanda gördüm. DTX əməkdaşları həmin şəxsi göstərdi və daha sonra nazirliyə gəldik. Orada Çingiz Muradovun üzərinə baxış keçiriləndə zərfdən dərman çıxdı". 

Ç.Muradov hal şahidin ifadəsinə etiraz edib. O bildirib ki, şahidin dediklərində ziddiyyət var. Təqsirləndirilən atasının məhkəmədə şahid qismində dindirilməsini tələb edib.