Direktorlar gələn ildən həftə ərzində bu qədər dərs deyə bilərlər


Digərləri 13 İyl 2018 14:15:00 298 0

Direktorlar gələn ildən həftə ərzində bu qədər dərs deyə bilərlər

Növbəti tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər.

Son.az AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri Təhsil TV-nin "Həftənin sualı" verlişində Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə səsləndirib. Onun sözlərinə görə, gələn tədris ilindən etibarən direktorlar dərs deyə biləcəklər:

"Növbəti  tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər. Zərurət yarandığı hallarda dərs  saatlarının sayı artırıla bilər. Lakin 0,5 ştat vəzifə maaşı alanlara 18 saata qədər dərs verilə bilər"