Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir (FOTO)


Digərləri 13 İyl 2018 11:57:00 304 0

Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir (FOTO)

Ağdam və Kürdəmir rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri başlayıb.

Bakı. Ağdam və Kürdəmir rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri başlayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 4-də başlayan mübarizə tədbirləri Ağdam rayonunda 520 hektar, Kürdəmir rayonunda isə 1230 hektar (830 ha trixoqramma, 400 ha habrobrakon) pambıq əkini sahələrini əhatə edib və trixoqrammadan və habrobrakondan istifafə olunub. Hazırda hər iki rayonda bioloji mübarizə tədbirləri davam etdirilir. Qeyd edək ki, trixoqramma pambıq sovkasının təbii düşməni sayılır və zərərvericinin yumurtası ilə qidalanan parazit həşəratdır. Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Bu həşərat pambıq sovkasının yumurtasına öz yumurtasını qoyur və yumurtadan pambıq sovkası deyil, trixoqramma çıxır. Tixoqramma həmçinin sahədə pambıq sofkasının yumurtaları ilə qidalanır. Trixoqrammanın hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxili möhtəviyyatını yeyərək məhv edir. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərazində başa çatır.