Bakı Bulvarında ilanlar peyda olub VİDEO


Digərləri 13 İyl 2018 10:59:00 324 0

Bakı Bulvarında ilanlar peyda olub  VİDEO

Müğənni Elmira Ələkbərzadə sosial şəbəkədəki hesabında Dənizkənarı Milli Parkda ilanların olması ilə bağlı video paylaşıb.

Son.az xəbər verir ki, unikal.org-a açıqlama verən müğənni videonu rəfiqəsinin lentə aldığını bildirib:

"Rəfiqəm Bulvarın Bayıl tərəfdə olan hissəsində velosiped sürməyə gedib. Həmin vaxt yerdə uzun və qalın ilanın süründüyünü görüb. Aidiyyəti qurumlar təcili olaraq bu məsələni nəzarətə götürməlidir. Çünki Dənizkənarı Bulvara vətəndaşlar ailəsi və övladları ilə birlikdə gedir. Xəstələr və azyaşlılar həmin ilanlarla qarşılaşsa, bunun acı nəticəsi ola bilər. Şəxsən mənim üçün bundan sonra bulvar söhbəti bağlandı!"

Videonu izləmək üçün şəklə klikləyin: