Kök polislər işdən çıxarılır


Dünya 13 İyl 2018 10:23:10 267 0

Kök polislər işdən çıxarılır

Hindistanda polislərə arıqlaması üçün göstəriş verilib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, Karnataka əyalətindəki polis bölməsindəki polislərə arıqlamaları üçün xəbərdarlıq edilib. Əks halda işdən atılacaqlar.

Bu qərarın verilmə səbəbi 18 ayda çox sayda polisin həyatını itirməsi olub. Ölkə rəhbərliyindən bildirilir ki, yeməyinə diqqət etmədikləri, idmansız qaldıqları, siqaret və içki içdikləri üçün kökəlir və sağlam həyat yaşamırlar. Bu da onların erkən yaşda ölmünə səbəb olur.