"Neftçi"nin baş məşqçisi: "Komandamdan və nəticədən çox razıyam"


Digərləri 13 İyl 2018 10:00:54 294 0

"Neftçi"nin baş məşqçisi: "Komandamdan və nəticədən çox razıyam"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsində komandasının "Uypeşt”lə ilk oyunundan razı qalıb.

Bakı. "Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsində komandasının "Uypeşt”lə ilk oyunundan razı qalıb. Trend-in məlumatına görə, italiyalı mütəxəssis qeyd edib: "Komandamdan və nəticədən çox razıyam. Futbolçulardan həm də ona görə razıyam ki, qol buraxandan sonra özlərinə gələ bildilər. Fikrimcə, bizim üçün çox gözəl oyun oldu. Şanslarımız az deyildi. Hətta 3 qol vuraraq oyunu öz xeyrimizə çevirə bildik".