Uşaqlar yayda dərs oxumalımı, oxumamalımı?


Digərləri 13 İyl 2018 07:28:00 323 0

Uşaqlar yayda dərs oxumalımı, oxumamalımı?

Müəllimlər, psixoloqlar deyir ki, oxumalıdırlar, amma məcburi yox 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Yay mövsümünün başlamağına ən çox məktəblilər sevinir desək, yanılmarıq. Çünki uzun müddətli məktəb marafonuna 3 aylıq fasilə verirlər. Dəftər-kitabı bir qırağa atıb yayın dadını çıxarmağa çalışırlar. Kimisi kompüterdə, telefonda, kimisi də həyətdə məhəllə dostları ilə oyunlar oynayır, bəziləri də istirahət üçün ailəsi ilə birlikdə müxtəlif məkanlara üz tutur. Bütün bu xoş anların müqabilində 9 aylıq əziyyət heçə gedir. Uşaqlar nə qədər yaxşı oxuyurlarsa, oxusunlar bir müddətlik yayınma nəticəsində oxuduqlarını unuda bilərlər. Bunun üçün də yay tətilində olsalar belə, mütəmadi olaraq təhsillə məşğul olmalıdırlar. Açığı, bəzi uşaqlar bu fikrə heç də yaxşı baxmır, onlara yayda nə isə oxutmaq və ya yazdırmaq çox müşkül məsələdir. 

Bəs, necə edək ki, tətildə də uşaqlarda oxumağa həvəs yaradaq.   Tətildə oxumağın da vacib olduğu izah edilməlidir   Səbayel rayonu 51 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Abdullayeva Solmaz deyir ki, uşaq yay tətilində istirahətə də, təhsilə də vaxt ayırmalıdır: "Amma uşaqları məcburi şəkildə oxumağa yönəltmək olmaz. Onlar bunu könüllü şəkildə, istəyərək etməlidirlər. İstər müəllim, istər valideyn uşaqda elmə həvəs yaratmalıdır. Heç olmasa avqust ayından başlayaraq müntəzəm şəkildə dərslə məşğul olmaq lazımdır. Çox yox, hər gün 1 saat mütaliə edib, yazı yazsa geriləmə olmaz. Hətta yaxşı oxuyan uşaq da tətildə dərslə məşğul olmasa, il ərzində keçilənləri unudur. Bəzi siniflər üçün xüsusi tətil kitabları var, onlardan istifadə etsələr yaxşı olar. Əlbəttə, bütün günü ancaq dərs oxumaq da düzgün deyil. Uşaq həm əyləncəyə, həm də dərsə vaxt ayırmalıdır".