Dünyanın ən çirkin iti üçün cənazə mərasimi FOTO


Digərləri 13 İyl 2018 07:00:00 427 0

Dünyanın ən çirkin iti üçün cənazə mərasimi  FOTO

Dünyanın ən çirkin iti olaraq məşhurlaşan Zsa Zsa doqquz yaşında öldü.

Son.az xəbər verir ki, ABŞ-ın San-Fransisko şəhərində hər il ənənəvi olaraq keçirilən "Dünyanın ən çirkin iti" müsabiqəsində Yer kürəsinin ən çirkin iti seçilən ingilis bulldoqu sahibi Meqan Brainarda 500 dollar pul mükafatı qazandırmışdı.

Zsa Zsa ləqəbli it müsabiqədən dərhal sonra müxtəlif TV proqramlarında iştirak etmək üçün sahibi ilə birlikdə Nyu-Yorka gedir. Yaşına görə vəziyyəti ağırlaşan Zsa Zsa ölür. İtinin ölümünə görə dərin bir kədər içində olduğunu deyən Meqan Brainard Zsa Zsa üçün evinin həyətində xüsusi cənazə mərasimi təşkil edib.


Xəbərə aid fotolar