Qaxda qadını ilan sancıb


Digərləri 12 İyl 2018 23:59:00 405 0

Qaxda qadını ilan sancıb

Qaxda iki uşaq anasını yemək yeyən vaxtı ilan sancıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 22 radələrində rayonun Qapıçay kənd sakini 1990-cı il təvəllüdlü Süsən Murtuz qızı Gəncəliyeva ilan sancması xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan APA-ya bildirlib ki, iki övlad anası olan Süsən Gəncəliyeva yaşadığı ünvanın həyətyanı sahəsində axşam saatlarında ailəsi ilə birlikdə şam yeməyi yeyən zaman masanın altında olan ilan qəfildən onun sağ ayağının topuq nahiyəsindən sancıb.

Süsən Gəncəliyevaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.