Azərbaycan nefti ucuzlaşıb


Digərləri 12 İyl 2018 23:44:00 243 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,44 dollar dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,53 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 11-də 73,33 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,49 dollar/barel azdır.