“Duzlu göl”ə giriş üçün sürücülərdən qanunsuz pul tələb edilir VİDEO


Digərləri 12 İyl 2018 21:31:00 458 0

“Duzlu göl”ə giriş üçün sürücülərdən qanunsuz pul tələb edilir  VİDEO

Surxanı rayonu ərazisində yerləşən duzlu gölə avtomobillə daxil olmaq üçün sürücülərdən qeyri-qanuni ödəniş tələb olunur. Bu isə gölə gələn vətəndaşların narazılığına səbəb olur. Məsələnin təfərrüatlarını təqdim edirik.

Duzlu gölün ərazisinə daxil olmaq üçün məcburi şəkildə bir manat ödəməlisən. Pulu ödəməyən sürücülərin avtomobili isə əraziyə buraxılmır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sürücülər həmin əraziyə nəzarət edən şəxsdən ödədiyi pula görə qəbz tələb etsələr də, obyekt sahibi qəbzi verməkdən imtina edir.

Söhbət Paytaxtın Suraxanı rayonu Qum adasının yaxınlığında yerləşən duz gölündən gedir. Elə ərazidə çəkiliş apardığımız zaman da bunun şahidi olduq. Gördüyünüz bu şəxs gölə gələn hər bir maşına yaxınlaşıb sürücülərdən 1 manat tələb edir. Bu isə gölə istirahətə gələn vətəndaşların narazılığına səbəb olur.

Vətəndaşlardan qanunsuz pul yığan nəzarətçi isə etdiyi əmələ haqq qazandırmağa səbəb də tapdı.


Xəbərə aid video