Xəzər dənizini çirkləndirənlər sərt şəkildə cəzalandırılacaq VİDEO


Digərləri 12 İyl 2018 21:21:00 310 0

Xəzər dənizini çirkləndirənlər sərt şəkildə cəzalandırılacaq  VİDEO

Ekologiya və Təbii Sərtvətlər Nazirliyi xəzərin sahil zolağında reydlərə başlayıb. Dənizə çirkab sular axıdanlar və məişət əşyaları atanlar sərt şəkildə cəzalandırılacaq. Dənizi çirkləndirənlər 10 min manata qədər cərimə ediləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Xəzər dənizi çirkləndirənlər sərt şəkildə cəzalandırılacaq.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən 2018-2020-ci illəri əhatə edən birgə tədbirlər planını təsdiq edib..Xəzər dənizinin çirkləndirilməsinin qarşısını almaq üçün xəzərin sahil zolağında artıq reydlərə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin müdiri Xaliqverdi Hüseynov isə bildirib ki, artıq Xaçmaz rayonunun sahilyanı ərazilərində qayda pozuntuları aşkar edilib. Department müdirinin sözlərinə görə, qayda pozan şəxslər 10 min manata qədər cərimə ediləcək.


Xəbərə aid video