Bakıda süpürgəçini vurub öldürən sürücünün məhkəməsi başladı


Digərləri 12 İyl 2018 15:59:00 243 0

Bakıda süpürgəçini vurub öldürən sürücünün məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda süpürgəçi qadını vurub öldürən "KamAZ" markalı avtomobilin sürücüsü Zaur Musayevin cinayət işi üzrə məhkəmə iclası baçlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 19-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Həmin ərazidə "KamAZ" markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb.