Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq


Digərləri 12 İyl 2018 14:47:00 284 0

Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə prosesin nəticələri avqustun sonlarında elan ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, iyulun 5-dən başlayan köçürülmə üzrə elektron sənəd qəbulu bu ayın 20-dək davam edəcək: "Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər".