Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib FOTO


Digərləri 12 İyl 2018 12:04:00 36 0

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib  FOTO

İyulun 11-də Bakı Ali Neft Məktəbində (BANM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BANM-ın birgə təşkilatçılığı ilə iş yerlərində bədbəxt hadisələrin qarşısının alınması sahəsində profilaktik tədbirlərə dair təqdimat keçirilib.

Son.az xəbər verir ki, tədbirin əsas məqsədi əməyin təhlükəsizliyi məsələsinə diqqətin artırılması və ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin iştirakı ilə Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən geniş təbliğ olunan "Vision Zero" təşəbbüsü ("sıfır ölüm hadisəsi, ciddi xəsarət və peşə xəstəliyi") üzrə təqdimatın keçirilməsi olub.

Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, ISSA-nın prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) baş direktoru Yoakim Bröyer, ƏƏSMN-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən müxtəlif transmilli şirkətlərin nümayəndələri, BANM-ın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan E.Qasımov qonaqları salamlayaraq bildirib ki, bəzən müxtəlif səbəblərdən iş yerlərində bədbəxt hadisələr baş verir, nəticədə müəssisələrə və onların əməkdaşlarına ciddi zərər dəyir. Rektor hər bir şirkətdə və müvafiq qurumlarda bu hadisələrin qarşısını almaq üçün təlimlərin və maarifləndirmənin vacib olduğunu vurğulayıb. E.Qasımov Ali Məktəbdə ƏƏSMN-nin təşəbbüsü ilə keçirilən hazırkı tədbirin də bu məqsədlə təşkil olunduğunu söyləyib.

M.Kərimli istehsalatda baş verən bədbəxt hadisələrin əməyin təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsindən, bir çox hallarda isə əməyin mühafizəsi normalarının tətbiqinə biganə münasibətdən və ya bu sahədə məlumatlılığın aşağı səviyyədə olmasından irəli gəldiyini qeyd edib. Nazir müavini bildirib ki, belə hadisələrin baş verməməsinin mümkünlüyü ilk növbədə hər bir işçinin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasından, istehsalatda qəza hallarının qarşısının alınması üçün vacib olan önləyici tədbirlərin görülməsindən birbaşa asılıdır. Bu mənada ISSA-nın "Vision Zero" təşəbbüsünün təbliği ilə yanaşı, bu təşəbbüsün praktik müstəvidə geniş şəkildə reallaşdırılması xüsusi önəm kəsb edir. M.Kərimli əməyin təhlükəsizliyinə nəzarət sisteminin innovativ üsullar əsasında təkmilləşdirilməsinin bu gün ƏƏSMN-nin əsas hədəflərindən olduğunu deyib, əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında nazirlik tərəfindən aparılan məlumatlandırma işlərini diqqətə çatdırıb.

Y.Bröyer "Vision Zero" təşəbbüsü ilə bağlı təqdimat edib. O qeyd edib ki, "Vision Zero" təşəbbüsünə görə, iş proseslərində baş verə biləcək bütün qəzaların və xəstəliklər qarşısı alına bilər. Bu məqsədlə Vision Zero təşəbbüsünün tərəfdarı olan şirkətlər, onun partnyorları iş yerlərində təhlükəsizlik, sağlamlıq və rifah kimi üç əsas dəyəri yaymaq və inkişaf etməsinə kömək üçün çalışırlar. Cənab Bröyer təqdimat zamanı müəssisələrdə ölüm hadisələrinin sıfra endirilməsi, ciddi xəsarət və peşə xəstəliklərinin qarşısının alınması üçün təcrübədə istifadə olunan "qızıl qaydalar"dan və atılması labüd olan praktik addımlardan bəhs edib.


Xəbərə aid fotolar

İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alınıb like
  • 12 İyl 12:02  
Digərləri İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada gələn Az

arrow Ətraflı
Adnan Oktarın 9 "kediciy"i villada 13 oğlanla tutuldu  FOTO like
  • 12 İyl 12:00  
Dünya Adnan Oktarın 9 "kediciy"i villada 13 oğlanla tutuldu FOTO

Adnan Oktar və qrupuna qarşı 4 rayon və 120 ünvanda aparılan əməliyy

arrow Ətraflı
Nazir: "Onların yardımla təminatı dayandırılacaq" like
  • 12 İyl 11:52  
Digərləri Nazir: "Onların yardımla təminatı dayandırılacaq"

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud o

arrow Ətraflı
Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı like
  • 12 İyl 11:48  
Digərləri Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusuyla toqquşma

arrow Ətraflı
Ronaldonun Juventus formalarına tələbat böyükdür like
  • 12 İyl 11:46  
İdman Ronaldonun Juventus formalarına tələbat böyükdür

Juventus yeni transferi Kriştianu Ronaldonun hər dəqiqədə bir futbolka

arrow Ətraflı
Qız məktəbə büsqalterdə getdi, şəhərdə qalmaqal qopdu  FOTO like
  • 12 İyl 11:44  
Digərləri Qız məktəbə büsqalterdə getdi, şəhərdə qalmaqal qopdu FOTO

İngiltərənin Liverpul şəhərində qəribə olay yaşanıb.

arrow Ətraflı
Röyanın bu qolbağı bir ev qiymətinədir like
  • 12 İyl 11:36  
Şou-biznes Röyanın bu qolbağı bir ev qiymətinədir

Əməkdar artist Röya Ayxan bu dəfə bahalı aksessuarları ilə gündəmə g

arrow Ətraflı
Azərbaycanda benzin istehsalı nə vaxt bərpa olunacaq? like
  • 12 İyl 11:32  
Digərləri Azərbaycanda benzin istehsalı nə vaxt bərpa olunacaq?

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) katalitik-krekinq qur

arrow Ətraflı
Türkiyədə fövqəladə vəziyyət ləğv olunur - İyulun 17-də like
  • 12 İyl 11:28  
Digərləri Türkiyədə fövqəladə vəziyyət ləğv olunur - İyulun 17-də

Türkiyədə davam edən fövqəladə vəziyyət rejimi iyulun 17-i ləğv oluna

arrow Ətraflı
Qarabağ-ın sayəsində 1 pillə irəliləyiş like
  • 12 İyl 11:27  
İdman Qarabağ-ın sayəsində 1 pillə irəliləyiş

UEFA Çempionlar Liqasının və Avropa Liqasının 1-ci təsnifat mərhə

arrow Ətraflı
"Oktar qadınlarla cinsi əlaqədə ola bilmirdi, eyni şeyi edirdi"  "Kedicik"dən like
  • 12 İyl 11:24  
Dünya "Oktar qadınlarla cinsi əlaqədə ola bilmirdi, eyni şeyi edirdi" "Kedicik"dən

Adnan Oktar qrupundan 2017-ci ildə ayrılan və "keçmiş kedicik"

arrow Ətraflı
Londondan uçan təyyarə Bakıda məcburi eniş etdi like
  • 12 İyl 11:20  
Digərləri Londondan uçan təyyarə Bakıda məcburi eniş etdi

British Airways aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarən

arrow Ətraflı