Meksikanın dövlət başçısı təyyarəsini satmaq niyyətindədir


Dünya 12 İyl 2018 09:14:00 281 0

Meksikanın dövlət başçısı təyyarəsini satmaq niyyətindədir

Meksika prezidenti Andres Manuel Lopes Obrador dekabr ayının 1-də vəzifəsinə başlamasından sonra ABŞ-la 8 hərbi helikopterin alınması barədə müqaviləni ləğv edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkə prezidenti bildirib ki, 25 milyard peso (1,2 milyard dollar) dəyərində müqavilə ölkənin belə xərclər etməsi imkanı olmadığından ləğv ediləcək.

Bundan əlavə, dövlət başçısı qeyd edib ki, onun komandası prezident təyyarəsini satmaq üçün "Boeing" korporasiyasına çıxış axtarır. Söhbət 2016-cı ildə ölkə başçısı üçün 219 milyon dollara alınan "Boeing 787-8 Dreamliner" təyyarəsindən gedir.