Microsoft Surface Go təqdim olunub VİDEO


Digərləri 12 İyl 2018 08:51:00 562 0

Microsoft Surface Go təqdim olunub  VİDEO

"Microsoft" korporasiyası "Surface" istehsal xəttinə aid ən ucuz "Surface Go" planşetinin satışlarına başlayır.

Son.az ICTnews-a istinadən bildirir ki, 10 düym diaqonallı "Surface Go" tərəflərinin nisbəti 3:2 təşkil edən 1800x1200 piksel təsvir ölçülü ekranla təchiz edilib. Model üçün əlavə olaraq çexol klaviatura və elektron qələm (stilus) əldə etmək olar. Planşet modeldən asılı olaraq 4 və ya 8 giqabayt tutumlu operativ yaddaşa malik "Intel Pentium Gold 4415Y" prosessoru ilə işləyir.

Məlumata görə, qurğunu enerji ilə tam dolduraraq 9 saat istifadə etmək mümkündür.

Yeni model "Apple" şirkətinin nisbətən ucuz "iPad" planşetləri ilə rəqabət apara biləcək.


Xəbərə aid video