iOS 11.4.1 yayımlandı


Digərləri 12 İyl 2018 08:55:00 293 0

iOS 11.4.1 yayımlandı

Apple daha əvvəl də dediyimiz kimi iOS 12'ə fokuslanmaq istəyir. Bu səbəbdən iOS 11 üçün yayımlanan yenilənmələri artıq dayandıracaq. Son yenilənmə olan iOS 11.4.1, 5 Beta versiyadan sonra stabil olaraq yayımlandı. Bu versiyanın ən böyük fərqi performans və stabilliyi artırmasıdır.

Son.az technote.az-a istinadən bildirir ki, iOS 11.4.1 ilə Find My iPhone və cihazlarda aktiv olan akkountlar arası kontakt, mail sinxronizasiya problemləri həll oldu. Performans/stabillik artacaq.    

Yenilənmənin həcmi 250 MB-dir və iOS 11 üçün yayımlanan son yenilənmə olacaq. Apple bütün software/dev komandasını iOS 12-ə fokuslamaq istəyir. Həmçinin watchOS 4.3.2, tvOS 11.4.1 və HomePOD 11.4.1 yenilənmələri də yayımlandı.