“Twitter” iki ayda 70 milyon istifadəçini blokladı


Digərləri 12 İyl 2018 08:59:00 275 0

“Twitter” iki ayda 70 milyon istifadəçini blokladı

"Twitter" sosial şəbəkəsi bu ilin mayından iyun ayına qədər olan müddətdə 70 milyondan artıq şübhəli akkauntu (hesabı) bloklayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkə 2017-ci ilin oktyabrından istifadəçi sayının azalmasına baxmayaraq, bloklama tempini təxminən 2  dəfə artırıb.

Platformanın vitse-prezidenti Del Harvi qeyd edib ki, əgər insanlar özlərini mühafizə olunmuş hiss etmirlərsə, söz azadlığı bir o qədər də vacib və önəmli deyil.