Meksikada bələdiyyə polisinin rəhbəri qətlə yetirilib


Dünya 12 İyl 2018 08:13:00 303 0

Meksikada bələdiyyə polisinin rəhbəri qətlə yetirilib

Meksikanın Nayarit ştatında El-Nayar bələdiyyəsinin polis rəhbəri naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Son.az Trend-ə istinadən bildirir ki, polis rəhbəri Martin Qarsiya Uisar El-Nayar yaşayış məntəqəsində kilsənin yaxınlığında güllələnib.

Polis rəhbəri hadisə yerinə atışma barədə məlumat aldırqan sonra gəlib. Cinayətkarlarla atışma zamanı Uisar qətlə yetirilib. Digər ölən və yaralananlar barədə məlumat yoxdur.