Ən populyar brauzerlər bəlli olub


Digərləri 12 İyl 2018 08:01:00 301 0

Ən populyar brauzerlər bəlli olub

"Google" şirkətinə məxsus "Chrome" dünyanın ən populyar mobil internet brauzeri seçilib. Ekspertlərin qənaətinə görə, mobil qurğu sahiblərinin 55 faizi "Chrome" brauzerindən istifadə edir.

Son.az ICTnews-a istinadən bildirir ki, mobil brauzerlər reytinqində ikinci yeri "Safari" tutub. "Apple" şirkətinin brauzerindən istifadəçilərin təxminən 17 faiz yararlanır. Mütəxəssislər qeyd edir ki, bu fakt "Apple" mobil qurğularının populyarlığını sübut edir.

Məlumata görə, ən populyar mobil brauzerlər üçlüyünə, həmçinin, "UC Browser", "Samsung Internet" və "Opera" daxildir.

Qiymətləndirməyə görə, fərdi kompüter brauzerləri arasında lider mövcud olduğu 10 il ərzində kompüterlərin təqribən 67 faizində quraşdırılan "Google Chrome" olaraq qalır.