Facebook 500 min funtsterlinq cərimələnəcək


Digərləri 11 İyl 2018 23:51:00 306 0

Facebook 500 min funtsterlinq cərimələnəcək

"Facebook" şirkəti istifadəçilərin şəxsi məlumatlarını "Cambridge Analytica" şirkətinə ötürdüyünə və bu sahədə Britaniya qanunvericiliyini pozduğuna görə Böyük Britaniyada 500 min funt-sterlinq (663 min dollar) cərimələnəcək. Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın informasiya komissarının idarəsi sosial şəbəkənin öz istifadəçilərinin şəxsi məlumatlarını qoruyub saxlaya bilmədiyini, habelə bu məlumatların digər şirkətlər tərəfindən necə toplandığı barədə dolğun informasiya verə bilmədiyini müəyyən edib. "The Guardian" qəzetində yazılıb: "Facebook" Məlumatların Qorunması haqqında qanunda nəzərdə tutulan qoruma səviyyəsini təmin edə bilməyib".

Bundan əvvəl "The New York Times" qəzeti "Cambridge Analytica" şirkətinin seçicilərin üstünlük verdiyi siyasi dəyərlərin təhlili alqoritmini hazırlamaq məqsədilə sosial şəbəkənin on milyonlarla istifadəçisinin şəxsi məlumatını toplamağa nail olduğunu yazıb.