Dünyanın ən populyar brauzerləri SİYAHI


Digərləri 11 İyl 2018 23:40:00 360 0

Dünyanın ən populyar brauzerləri  SİYAHI

Dünyada internet istifadəçiləri arasında ən çox istifadə edilən brauzerin adı açıqlanıb.

Son.az xəbər verir ki, "Google" şirkətinə məxsus "Chrome" dünyanın ən populyar mobil internet brauzeri seçilib. Ekspertlərin məlumatına görə, mobil qurğu sahiblərinin 55 faizi "Chrome" brauzerindən istifadə edir.

Mobil brauzerlər reytinqində ikinci yeri "Apple" şirkətinin brauzeri olan "Safari" tutub. Brauzerdən internet istifadəçilərinin təxminən 17 faizi faydalanır. Mütəxəssislər qeyd edir ki, bu fakt "Apple" mobil qurğularının populyarlığını sübut edir.

İlk beşlikdə həmçinin, "UC Browser", "Samsung Internet" və "Opera" istifadəçiləri də var.